Santuşa yaxşı məşq keçməsinə görə maaş verilir? - VİDEO

22 Aprel 2025 18:00 Milli komanda 721
Santuşa yaxşı məşq keçməsinə görə maaş verilir? - VİDEO

«Dünyanın heç bir ölkəsində baş məşqçiyə yaxşı məşq keçməsinə görə maaş verilmir».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində AFFA rəhbərliyinə səslənib.

Tanınmış teleşərhçi bildirib ki, Fernandu Santuşun millidəki fəaliyyətinə qiymət verməyi gecikdirmək olmaz.

Xatırladıb ki, portuqaliyalının sükan arxasına keçməsindən sonra yığmamız ciddi böhran yaşayır, ötən 1 il ərzində keçirilən 8 oyundan yeddisində məğlubiyyət qeydə alınıb.

Abbasov deyib ki, 70 yaşlı əcnəbinin işi komandaya daha dərin böhran vəd edir, odur ki, federasiya onunla əlaqəli mövqeyini dəyişməlidir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!