Millimiz Estoniya qarşısında NİCAT TAP(MA)DI

20 Aprel 23:20 Milli komanda 531
Millimiz Estoniya qarşısında NİCAT TAP(MA)DI

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan yığması Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Estoniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 90-cı dəqiqədə Nicat Kərimov vurub.

U-17 oyuna bu heyətlə çıxıb: 12. Nurəziz Əzizov, 2. İsmayıl Səfərli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 8. Nihad Cəfərzadə, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 19. Amin Rzayev, 20. Kamil Həsənov.

Millimiz turnir çərçivəsində Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti