Millinin baş məşqçisi istirahətə yollanmadı, özünə əziyyət verdi və...

10:40 Milli komanda 1 220
Millinin baş məşqçisi istirahətə yollanmadı, özünə əziyyət verdi və...

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

B qrupunda yer alan komanda səfərdə Cəbəllütariqlə üz-üzə gələcək. Görüş "Europa Point Stadium"da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv qrupda 2 xalla 5-ci pillədə qərarlaşıb.

Portuqaliya (12 xal) birinci, Çexiya (9 xal) ikinci, Şotlandiya (7 xal) üçüncü, Bolqarıstan (7 xal) dördüncüdür. Xalı olmayan Cəbəllütariq sonuncu - altıncı pillədə qərarlaşıb.

Əsas millimizin baş məşqçisi Ayxan Abbasov da U-21 ilə səfərə çıxıb. O, Fransa ilə matçdan sonra Buzovnaya istirahətə yollanmayıb, birbaşa Priney yarımadasına üz tutub.

Yığmaya gələnədək U-21-i çalışdıran Abbasov həm dəstək, həm ölkənin bir nömrəli komandasına namizəd oyunçulara yerindəcə diqqət etmək, həm də məşqçilərə taktiki köməklik göstərmək üçün bu addımı atıb.

O, dünən oyunöncəsi son məşqdə də iştirak edib, kollektiv üzvləri ilə söhbətləşib, onlara öz tövsiyələrini çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti