Qanqallıq içində iki gül və ya bunun bizə nə dəxli, nə fərqi…

17:00 Milli komanda 703
Qanqallıq içində iki gül və ya bunun bizə nə dəxli, nə fərqi…

Off…

Yaxşı qurtardıq.

Pis oldu, amma… Bundan da pisi ola bilərdi.

Dünya çempionatının seçmə mərhələsinin akkordunu başqa cür vurmaq olardı?

Rəqib Fransa yox, Avropanın hansısa ortabab və ya zəif komandası olsaydı, hə.

Söhbət Fransadan gedirsə, 1:3 hesablı məğlubiyyətə şükür etməliyik. Bir dəfə deyil, dönə-dönə, təkrar-təkrar…

Fransızlara qol vurduq. Tarixdə ilk dəfə!

Bu, bir yenilik.

Fransızlarla sonuncu 45 dəqiqəni qolsuz keçirdik. Qapımızı üzlərinə qapatdıq.

Bu da ikinci bir yenilik.

Düzdür, deyə bilərsiz ki, əşşi, yenə uduzmuşuq, hansı müsbət məqamlardan danışırsız e…

Neyləyək, olanımız budur.

İndiyədək seçmə mərhələlərdə 18 qol buraxmışıq fransızlardan. Bu 18-in yanında 1 çox cılız görünür, bəli.

Baxma, qaraüzlü «0»dansa, bu 1 yenə kiçik təsəllidir.

Didye Deşam Bakıda əvəzedici heyətə şans tanıdı. Kilian Mbappeni bura gətirmədi, digər ulduzlara isə istirahət imkanı verdi.

Bunun bizə nə dəxli, nə fərqi…Millimizə qarşı lap üçüncü, dördüncü heyəti də buraxsaydılar, yenə qazanan tərəf onlar olacaqdı.

Çox güclüdürlər, çox!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti