İlkin Fikrətoğlu: “Bizim milli nə yazlıqdır, nə payızlıq, sayılası cücəmiz də yoxdur”

11:00 Milli komanda 1 365
İlkin Fikrətoğlu: “Bizim milli nə yazlıqdır, nə payızlıq, sayılası cücəmiz də yoxdur”

“Bu oyunçularla aşağı-yuxarı bunu etmək olar”.

“Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğlu Azərbaycan millsinin DÇ-nın seçmə mərhələsindəki çıxışını bu cür qiymətləndirib.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxıb. Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 30 min tamaşaçı izləyib. Oyunda hesabı Azərbaycan millisi açsa da, Fransa sonradan 3 qol vurmağı bacarıb - 1:3.

Beləliklə, Azərbaycan seçmə mərhələni məğlubiyyət və 1 xalla başa vurub.

Fransa qrup birincisi kimi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

Qrupda ikinci yeri son turda İslandiyaya qalib gələn (2:0) Ukrayna tutub. Onlar mundial üçün pley-off-da yarışmaq hüququ əldə ediblər.

Tanınmış telejurnalist yığmamızın uğursuz nəticələr əldə etməsinin təsadüfi olmadığını bildirib:

“Bəziləri legioner limitinin ləğvi məsələsini ortaya atıb. Gülməlidir, vallah!

İllərdir leginer limiti vardı və biz 4-5,6 topla uduzurduq. Bir futbolçu ki klubunda legioenerlıə rəqabətdə üstün olub, heyətdə yerini qazana bilmirsə, o futbolçu olmasa, yaxşıdır.

Limit deyirsizsə, baxın “Qəbələ”nin vəziyyətinə. Premyer Liqada hər tur 4-5 yerli futboçu ilə oynayırlar və autsayderlər sırasındadırlar.

Kaxaber Saxadadze hər məğlubiyyətdən sonra “oyunçularımda təcrübə çatmır” deməklə həqiqəti malalamağa çalışır.

Deyə bilmir ki. bəh-bəhlə danışdığınız akademiyanın yetirmələrinin səviyyəsi budur, bunlarla yalnız I Liqada çempion olmaq olar.

Qarsını kəsən var yerli oyunçunun? Oynasın, heyətdə yer qazansın, milliyə dəvət alsın da.

Millidə keyfiyyətli oyunçu olmalıdır ki. keyfiyyətli oyun da olsun. “Cücəni payızda sayarlar” deylir.

Amma bizim komanda nə yazlıqdır, nə payizlıq. Sayılası cücəmiz də yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 19:40 Çək və bizə göndər!