
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti hazırlıq planı məlum olub.
Ayxan Abbasovun çalışdırdığı milli mayın son həftəsində bir araya gələcək.
Bu toplanış əsasən seleksiya xarakteri daşıyır.
Martda AFFA ilə 2 illik müqavilə imzalamış baş məşqçinin düşərgəyə xeyli sayda yeni oyunçu çağırması gözlənilir. Proses 10-12 gün çəkəcək. U-21 bu müddətdə iki yoxlama görüşü keçirəcək.
Yığmanın ilk toplanışı martın sonunda keçirilib.
Həmin vaxt Türkiyənin Antalya bölgəsinə yollanan kollektiv hazırlıq prosesi çərçivəsində iki yoolaşlıq matçında qüvvəsini sınayıb.
U-21 Moldovaya 2:0 hesabı ilə qalib gəlibsə, Şimali Makedoniya ilə duel qolsuz bitib.
SPORTİNFO.AZ