Azərbaycan millisi bu rəqiblərlə qarşılaşacaq

28 Yanvar 2021 16:00 Milli komanda 901
Azərbaycan millisi bu rəqiblərlə qarşılaşacaq

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, final mərhələsi Rumıniya və Gürcüstanda təşkil olunacaq AVRO-2023-ə 14 vəsiqə uğrunda mübarizə aparacaq 53 komanda 9 qrupa bölünüb. Səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb.

Serbiyalı mütəxəssis Milan Obradoviçin baş məşqçisi olduğu komandamız Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq. Seçmə mərhələnin görüşləri 2021-ci il martında start götürəcək.

2022-ci ilin iyununa qədər davam edəcək mərhələdə qrup qalibi olan 9 komanda və ikinci yer sahiblərindən ən yaxşısı (6-cı yerlə nəticə nəzərə alınmamaqla) AVRO-2023-ə birbaşa vəsiqə qazanacaq. Digər 8 komanda 2022-ci ilin sentyabrında pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!