AFFA millinin İslandiya və Fransa ilə oyunlarına aid MÜHÜM XƏBƏR YAYDI

13:20 Milli komanda 832
AFFA millinin İslandiya və Fransa ilə oyunlarına aid MÜHÜM XƏBƏR YAYDI

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya və Fransa ilə keçiriləcək oyunuları üçün biletlər satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

iTicket.az-da onlayn şəkildə satılan biletlər İslandiya ilə görüş üçün 5-30, Fransa ilə oyun üçün 5-200 manat arasında dəyişir.

Azərbaycan – İslandiya oyunu noyabrın 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Azərbaycan – Fransa matçı isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq və saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti