“Sovetski Sport”un 65 il əvvəl Göygöldən reportajı - VİDEO

10 İyul 2020 16:00 Maraqlı 629
“Sovetski Sport”un 65 il əvvəl Göygöldən reportajı - VİDEO

Rusiyanın “Sovetski Sport” nəşrinin Azərbaycanın Göygöl rayonundan reportajı üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, 65 il əvvəl – 1955-ci ilin mayında “Sovetski Sport” növbəti buraxılışını Göygöl rayonunda yerli kolxozçuların idmanla məşğul olmasına həsr edib.

Bu kadrlarda respublikanın mərhum Əməkdar idman xadimi, Prezident təqaüdçüsü, Milli Olimpiya Komitəsinin üzvü, Yaşar Məmmədovdan əvvəl İdman Veteranları İttifaqının sədri olmuş Əbdül Sadıqovu da görmək olar.

O, Göygöl şəhərindən çempion kimi kolxozçulara yunan-Roma güləşinin incəliklərini öyrədir. Burada güləşdən başqa, futbol, voleybol, atıcılıqda kolxozçuların SSRİ Spartakiadasına hazırlaşdığı görünür.

Bu görüntüləri tanınmış idman jurnalisti Elnur Əşrəfoğlu üzə çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti