"Araz-Naxçıvan"ın qapıçısı Polşa millisindən 2 qol “yedi”

8 İyun 2025 02:30 Dünya çempionatı 1 073
"Araz-Naxçıvan"ın qapıçısı Polşa millisindən 2 qol “yedi”

Moldova komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Sergey Kleşenkonun rəhbərlik etdiyi kollektiv səfərdə Polşanın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Moldova millisinin formasını geyinən Kristian Avram ("Araz-Naxçıvan") bu oyunun iştirakçısı olub. 30 yaşlı qolkiper matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Polşa millisində çıxış edən "Qarabağ"ın qolkiperi Mateuş Koxalski isə qarşılaşmada meydana çıxmayıb. 24 yaşlı "əlcək sahibi"nin adı oyunun protokoluna daxil edilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti