Premyer Liqaya yüksələn komandada 10-11 legioner olacaq – Baş məşqçi açıqladı

7 İyun 21:20 Qəbələ 905
Premyer Liqaya yüksələn komandada 10-11 legioner olacaq – Baş məşqçi açıqladı

I Liqada çempionluğu başa vuraraq Premyer Liqaya qayıdan “Qəbələ” növbəti mövsümün planlarını cızır.

Aşağı dəstədə əsasən yerli futbolçulara şans vcrən bölgə təmsilçisi elitadakı rəqiblərlə başa-baş mübarizə aparmaq üçün güclənməlidir.

Yerli futbolçu baxımından korluq yaşamayan “qırmızı-qaralar” transfer dönəmində əsas gücü legionerlərə verəcək.

Bu barədə Sportinfo.az-a açıqlama verən baş məşqçi Kaxaber Tsxadadze “Qəbələ”yə hansı sayda əcnəbinin cəlb olunacağını deyib:

“Məqsədimiz bacardığımız qədər güclənməkdədir. Təbii ki, büdcənin imkan verdiyi qədər addım atacağıq.

Mənim üçün vacib olan kəmiyyət yox, keyfiyyətdir. Hazırda iki legionerlə müqavilə davam edir. Növbəti mövsümdə komandada 10, ən yaxşı halda 11 legioner yer alacaq.

İstədiyimiz futbolçuları tapa bilsək, 8-9 əcnəbi ilə güclənəcəyik. Hazırda bu yöndə işlər davam edir”.

Bölgə təmsilçisi ötən mövsüm üç xaricinin xidmətindən yararlanıb. Oçe Oçeveçi ilə icarə müqaviləsi başa çatdığından, o, “Krivbass”a qayıdıb. Domi Massumo ilə Abdullahi Şuaybu ilə sözləşmənin müddəti davam edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti