“Qarabağ”dan zəng vurdular, özünə dedilər: Səninlə müqaviləni uzatmırıq - SON DƏQİQƏ

14:00 Qarabağ 2 244
“Qarabağ”dan zəng vurdular, özünə dedilər: Səninlə müqaviləni uzatmırıq - SON DƏQİQƏ

Patirk Andradenin «Qarabağ»dan ayrılmasına sayılı günlər qalıb.

Ağdam klubu müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq legionerlə yollarını ayırmaq qərarı verib.

Rəsmilər kabo-verdeli yarımmüdafiəçi ilə danışaraq, ona bununla bağlı məlumat verib. Səbəb kimi baş məşqçi Qurban Qurbanovun bundan sonra nisbətən gənc oyunçulara üstünlük vermək istəməsi göstərilib.

Orta sahə oyunçusu 2023-cü il iyulun 15-də "Partizan"dan bura geri qayıdıb. Afrikalı daha öncə də 2 il «köhlən atlar»ın formasını geyinib.

Dönüşü heç də uğurlu alınmadı. Kabo-Verde yığmasının üzvü bu dəfə əsas heyətdə möhkəmlənə bilmədi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti