
Yağışdan çıxıb, yağmura düşmək...
"İmişli" azarkeşlərinin bu gününə başqa nə ad verəsən?
Ara təmsilçisinin tərəfdarlarının sevincinin həddi-hüdudu yox idi. Ki, sevimli komandaları 16 ildən sonra Premyer Liqaya vəsiqə qazandı.
Amma çox keçmədən məlum oldu ki, bu "İmişli"nin İmişliyə bağlılığı yoxdur.
Axı necə olsun?
Kollektiv 2025/26 mövsümündə Bakıda məskunlaşacaq.
Həftəlik hazırlıq "ASCO Arena"da keçiriləcək.
Ev oyunları üçün isə məkan Ağsu Olimpiya Kompleksinin stadionu seçilib.
"İmişli" rəqiblərini adıçəkilən rayonda qonaq edəcək.
İndi siz deyin - Bakıda məskunlaşan, Ağsuda ev oyunlarını keçirən bir kluba necə İmişli təmsilçisi demək olar?
Başverənlərdən yerli publikda ciddi narazıdır.
Klub rəhbərliyi fanatların narazılığını görməzdən gəlir.
Tərəflər arasında soyuq sular axır.
Qısası, İmişli azarkeşlərinin kluba olan doğmalığı itib, bağlar indidən qırılıb.
SPORTİNFO.AZ