Klublararası dünya çempionatında iştirak etməyəcək - Ronaldo

7 İyun 21:40 Dünya çempionatı 121
Klublararası dünya çempionatında iştirak etməyəcək - Ronaldo

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo bu il ABŞ-da keçiriləcək Klublararası dünya çempionatında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə mətbuat konfransında açıqlama verib.

O, bir neçə klubdan dəvət aldığını da deyib:

“Çoxsaylı dəvətlərə, təkliflərə baxmayaraq, Klublararası dünya çempionatında iştirak etməyəcəyim dəqiqləşib. Müzakirələr, təmaslar olub. Lakin biz qısa, orta və uzunmüddətli perspektivdə düşünməliyik”.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası turnirə qatıla bilməyəcək.

Portuqaliyalı futbolçunun klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Amma tərəflərin yeni sözləşmə imzalayacağı ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti