"Yığmanın əsl gücü Macarıstanla oyunda məlum olacaq"

17:45 Milli komanda 211
"Yığmanın əsl gücü Macarıstanla oyunda məlum olacaq"

Azərbaycan millisi beynəlxalq yoxlama görüşündə Latviyanın qonağı olub.

Riqada keçirilən matçda qapılara qol vurulmayıb.

Bununla da yığma Fernandu Santuşun rəhbərliyi altında meydana çıxdığı 9-cu qarşılaşmada da qələbəyə həsrət qalıb.

Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Azər Məmmədov ölkənin bir nömrəli komandasının çıxışını dəyərləndirib:

"Aydın görünürdü ki, mövsümün sonu olduğu üçün oyunçularda yorğunluq var.

Meydanda sürət yox idi. Oyun əsasən mərkəzdə gedirdi.

Yaxşı məqam odur ki, qol buraxmadıq. Heyətdə bəzi eksperimentlər aparıldığı diqqətdən qaçmadı.

Məncə, yığmanın əsl gücü, nəyə qadir olması 3 gün sonra keçiriləcək Macarıstanla oyunda məlum olacaq.

Elə zənn edirəm ki, Santuş növbəti yoxlama matçında beynindəki ideal heyəti meydana buraxacaq.

Ümid edirəm ki, həmin qarşılaşmada yığma komandamız yaxşı çıxış edə biləcək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti