“Məncə, pis nəticə olmadı”

00:40 Milli komanda 175
“Məncə, pis nəticə olmadı”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Ayxan Abbasov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis ilk olaraq komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib:

“Bu şəhərdə çıxış etmək çox gözəl idi. Toplanış çərçivəsində keçirdiyimiz iki oyun qarşıdakı rəsmi matçlara hazırlaşmağa hesablanmışdı.

Bu gün futbolçularım öz bacarıqlarını göstərdilər. Onlara təşəkkür edirəm.

Məncə, pis nəticə olmadı. Belarusla səfərdəki görüşdə də məğlub olmaya bilərdik.

Heyətimizdə rəqiblə müqayisədə daha aşağı yaş qrupundan olan uşaqlar çoxluq təşkil edirdi. Bu bizi sevindirir, gələcəyə nikbin baxmağa imkan verir.

Hələ işin başlanğıcındayıq. Futbolçuların necə çıxış etmələri klublarında oynamalarından asılı olacaq.

Milliyə hazır vəziyyətdə gələndə bizə də asan olur. İstədiyimiz oyun var.

Antalya toplanışı ilə müqayisədə yaxşılığa doğru dəyişiklik hiss olunur.

Əsas odur ki, futbolçular meydançada nə etmək lazım olduğunu bilirlər. Qısa müddətdə olan inkişaf məni sevindirir”.

U-21 toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına (1:3) qarşı keçirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti