“Qarabağ”dakı braziliyalının istirahətinə baxın - VİDEO

19:00 Qarabağ 1 370
“Qarabağ”dakı braziliyalının istirahətinə baxın - VİDEO

Futbol mövsümünün başa çatması futbolçular üçün əsl bayramdır.

Ayların yorğunluğunu canından çıxarmağa çalışan top ustaları hansısa yollarla dincəlirlər. Bu, xüsusən də əyləncə həvəskarı olan braziliyalılara aiddir.

Lakin heç də hamı dəbdəbəli istirahəti, dəniz suyunu və günəş şüasını seçmir.

Elə futbolçular var ki, 15-20 günlük müddəti ailə və doğmalarının yanında keçirir, bağ-baxçada işləyir, başını gündəlik işlərlə qatır. Qısası, aktiv istirahətə üstünlük verir.

“Qarabağ”ın Braziliyadan olan müdafiəçisi Mateus Silva kimi.

27 yaşlı futbolçu vətəninə yollandığı ilk gündən sosial şəbəkələrdə paylaşdığı şəkil və videolarla gənc həmkarlarına örnək olur, mənəvi hislərin bir çox hallarda maddiyatı üstələdiyini göstərir.

Baxın, bu da “Qarabağ”da yüzminlər qazanan braziliyalının istirahəti.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti