Azərbaycan millisi Sumqayıtda Monteneqro ilə qarşılaşacaq

8 İyun 2025 15:40 Milli komanda 1 113
Azərbaycan millisi Sumqayıtda Monteneqro ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Matçın start fiti saat 20:00-da səsləndiriləcək.

U-21 iyunun 4-də Baranoviçi şəhərində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti