Pandemiyadan maddi zərər görən idman KOB-ları hara müraciət etməlidir?

21 May 2020 19:56 Maraqlı 384
Pandemiyadan maddi zərər görən idman KOB-ları hara müraciət etməlidir?

Pandemiyadan zərər çəkmiş idman sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün dövlət dəstəyi nəzərdə tutulurmu və buna görə hara müraciət etmək lazımdır?

Bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Sportinfo.az-a bildirilib ki, idman sferası koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələr sırasındadır.

Odur ki, pandemiyadan zərər çəkmiş sektorlarda fəaliyyət göstərən digər sahibkarlıq subyektləri kimi, idman sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri də dövlət dəstəyindən yararlana bilərlər:

“Bunun üçün sahibkarlıq subyekti İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabineti vasitəsilə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsinə daxil olmaqla müvafiq məlumatları sistemə daxil edərək, elektron müraciət etməlidir.

Sistemə daxil edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə sahibkarlıq subyektinin bank hesabına qısa müddət ərzində müvafiq maliyyə dəstəyi köçürülür. Bu sahədə sualları olan sahibkarlıq subyektləri İqtisadiyyat Nazirliyinin 195 və KOBİA-nın 131 çağrı mərkəzlərinə müraciət edə bilərlər“.

Digər Xəbərlər
Xəbər Lenti