Azərbaycanlı idmançı komandasını aclıqdan qurtardı - VİDEO

28 Fevral 2020 13:54 Maraqlı 729
Azərbaycanlı idmançı komandasını aclıqdan qurtardı - VİDEO

Azərbaycanlı idmançı, kikboks üzrə dünya çempionu Pərviz Abdullayevin də yer aldığı "Survivor" yarışması davam edir.

Sportinfo.az xəbər verir ki, yarışmanın növbəti günündə idmançımız komandası üçün "xilaskar"a çevirilib.

"Məşhurlar" komandasının üzvü 3 məğlubiyyətlə yemək mükafatını itirən heyət üzvlərini aclıqdan xilas etməyi bacarıb. Belə ki, mükafat oyununda "Kobra" "Könüllülər"in üzvü Yasin Obuzla yarışıb.

Hesabın 3-dən olduğu "Parkur" yarışında Pərviz 4 qarşılaşmanın üçündə qələbə əldə edib. Amma "Məşhurlar"rın xanım üzvü Elif "Könüllülər"in iştirakçısı Məryəmə 3:0 hesabla uduzub.

Belə olduqda yenidən bütün məsuliyyət Pərvizin üzərinə düşüb. İdmançımız bayraq yarışında rəqibinə qalib gələrək komandasını xilas edib.

Digər Xəbərlər
Xəbər Lenti