Kantonanın titullarını kölgəyə salan "kunq-fu" - VİDEO

25 Yanvar 2020 20:55 Maraqlı 1 007
Kantonanın titullarını kölgəyə salan "kunq-fu" - VİDEO

Bu gün əfsanəvi fransız futbolçu, aktyor Erik Kantonanın "Mançester Yuayted" forması ilə etdiyi tarixi kobudluqdan 25 il keçir.

Sportinfo.az xəbər verir ki, veteran futbolçunun azarkeşi sərt formada təpiklə vurması məhz 1995-ci il yanvarın 25-də baş vermişdi. Orta və yaşlı nəslin azarkeşləri həmin hadisəni çöx gözəl xatırlayar.

"Kristal Pelas"la səfər oyununda rəqibə qarşı kobudluqdan sonra qırmızı vərəqə alaraq meydandan qovulan Kantona əsəblərini cilovlaya bilməmiş və onu söyən yerli azarkeşlərdən birini "kunq-fu" fəndi ilə vurmuşdu. Beləcə, çox sayda uğurlar əldə etmiş Erik məhz bu kobud hərəkətilə tarixə həkk olundu.

1992-1997-ci illərdə əfsanəvi Aleks Ferqyusonun başçılığı altında "qırmızı şeytanlar"ın heyətində 143 oyun keçirmiş Kantona Mançester klubunda 65 qolla yadda qalıb. Fransa millisində isə 1987-1995-ci illərdə meydana çıxdığı 45 görüşdə 25 qol vurub.

Baxmayaraq ki, Fransa və İngiltərə çempionatlarının qalibi olub, kuboklar qazanıb, Avropanın ən yaxşı futbolçusu seçilib (1996), ilin futbolçusu adına layiq görülüb (1994), FİFA-nın 100 ən yaxşı futbolçularından biridir...amma qeyd etdiyim kimi, o, dünya futbol tarixində məhz xoşagəlməz hərəkəti ilə daha çox yadda qalıb.

Peşəkar və böyük futboldan sonra çimərlik futboluna üz tutan Kantona Fransa yığmasında 5 görüş keçirib, 1 qol vurub. Məşqçiliyə də məhz çimərlik futbolundan başlayıb. 6 il "xoruzlar"ın (2005/2011) baş məşqçisi olub. 2011/2012-ci illərdə isə ABŞ-ın "Nyu-York Kosmos" klubunun idman direktoru vəzifəsini yerinə yetirib. 2008-ci ildə onun adı stadiona da verilib. Lion "Olimpik"i və Fransa millisinin təlim-məşq bazası olan Rona əyalətindəki Tin şəhər stadionu məhz Kantonanın adını daşıyır.

Aktyroluq qabiliyyəti yüksək olan Erik 1995-ci ildən həm də filmlərə çəkilir. Bəlkə də azarkeşi karatesayaq vurması özünü bir anlıq filmdə hiss etməsindən irəli gəlib. Amma... O, 2014-cü ilə qədər 20-yə yaxın filmdə rol alıb. 2009-cu ildə özünə həsr olunmuş "Erikin axtarışı" ekran işində baş rolu ifa edib. Məhz bu kino dünyasəviyyəli Kann kinofestivalında mükafata layiq görülüb.

ELVİN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"