Millimizə 4 qol vuran ulduz: “Əvvəlcədən demişdim ki…"

20 Noyabr 2023 09:20 Milli komanda 1 708
Millimizə 4 qol vuran ulduz: “Əvvəlcədən demişdim ki…"

“Əvvəlcədən paltardəyişmə otağında demişdim ki, Azərbaycanla matçın gərginliyini nəzərə alsaq, fiasko ilə bitə bilər”.

bunu Belçika yığmasının ulduzu Romelu Lukaku Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

30 yaşlı hücumçu görüşdən əvvəl rəqibə ciddi yanaşmaları üçün komanda yoldaşları ilə söhbət etdiklərini bildirib:

“Qələbəyə və Avropa çempionatına vəsiqə qazandığımıza görə şadam. Leuvendə meydanın durumu pis olsa da, oyuna yanaşmamız və motivasiyamız yaxşı idi.

Sürətli oynamaq, ilk yarım saatda qol vurmaq vacib idi. Bundan sonra qısa zamanda ardıcıl qollar vurduq.

Bu, çox vacib idi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik.

Əks təqdirdə, İsveçə 3:0 hesabı ilə qalib gəlməzdilər. Yan Vertongenlə birlikdə matça uğurlu başlamaq üçün komandaya motivasiya verdik”.

Dörd qol vuran Lukaku fasilədən sonra əvəzlənməsinə görə məyus olmadığını söyləyib: “İşimi görə bildiyim üçün sakitəm.

Yığmaya və komanda yoldaşlarıma görə çox xoşbəxtəm. Çünki Avropa çempionatı onların əksəriyyəti üçün ilk böyük turnir olacaq.

Yeni nəslə keçid dövrü çox yaxşı gedir”.

Seçmə mərhələdə 20 xal toplayan Belçika yığması F qrupunda 1-ci yeri tutub. 7 xal toplayan Azərbaycan millisi isə 4-cü olub.

Digər Xəbərlər
Xəbər Lenti