Bu gün Azərbaycan Premyer Liqasının ikinci turunda tarixi derbi var.
Belə ki, iki əzəli rəqib "Neftçi" və "Kəpəz" Bakıda üz-üzə gələcək.
Təbii ki, belə oyunlardan öncə tərəflər arasında meydandan kənar atmacalar da qarşılaşmaya xüsusi maraq qatır.
Bu dəfə də azarkeşlər arasında oxşar mənzərə gözdən qaçmadı. Amm fərq ondadır ki, tərəflər arasında yox, bu, bir tərəflə üçüncü tərəf arasında baş verdi.
Belə ki, qonaqların matçından öncəki "Böyük oyun gəldi-gedərdi, tarixi derbi "Neftçi" - "Kəpəz"di!" başlığı ilə SSRİ dövründə oynanılmış "Dinamo" ("Kəpəz"in əvvəlki adı belə olub) - "Neftçi" oyununun biletinin fotosunu paylaşması gündəm oldu.
Təbii ki, söz "Xəzər Lənkəran" camiəsinə çatırdı.
Qərb təmsilçisindən Cənub kluba gələn "atəş" cavabsız qala bilməzdi, qalmadıl da...
"Xəzər Lənkəran"nın məşhur fanatı Elxan Tağıyev (Əksəriyyət onu daha çox Eliko kimi tanıyır) öz sosial şəbəkə hesabından replikaya maraqlı cavabla yadda qalıb.
Sitat: "Kəpəz" indi də Qəbələ şəhər stadionunu icarəyə götürdü. İlk turda "Dalğa Arena"da oynayırdılar. Bundan sonra Qəbələdə oynayacaqlar(gülüş işarəsi). Gedib olmayan stadion, AFFA-nın əlində kukla, qapazaltı, asılı olmaqlarının, kimlərinsə kefinə görə idarə edilməklərinin dərdini çəkmirlər, durub "Böyük Oyun" haqda danışırlar. Tarixi derbi eee özü də! Bir halda ki, üç adla o "derbi"də iştirak eləmisən...
Get özüvə stadion tap ilk öncə oynamağa, sonra gələrsən! Gör bu ölkənin futbolu hansı səviyyəyə düşüb ki, kimlər baş qaldırıb söz deyir. "Böyük Oyun" olanda həsədlə baxan, ağzının suyu heyranlıqdan yaxasına axanlar hansı gününə belə danışır ki? Vallah bir öz gününüzə baxın, hansı səviyyədə olduğunuza baxın, sonra kimlərsə haqda fikir bildirin".
XANOĞLAN / SPORTİNFO.AZ