Yunis Hüseynov yeni transferi klubdan getməyə məcbur etdi

15 Sentyabr 2020 09:28 Şamaxı 1 222
Yunis Hüseynov yeni transferi klubdan getməyə məcbur etdi

Cavid İmamverdiyev «Keşlə» rəhbərliyinə müraciət edib.

Keçmiş baş məşqçi Yunis Hüseynov tərəfindən komandaya cəlb olunan yarımmüdafiəçi buradan ayrılmaq istədiyini bildirib.

«Sabah»dan bura davamlı oyun praktikası qazanmaq üçün gəldiyini, lakin Yunis Hüseynovun ona əsas heyət üzvü gözüylə baxmadığını deyən millinin sabiq üzvü icarəyə verilməsini istəyib.

Düzdür, Cavidin adı dünəndən bəri «Sumqayıt»la yanaşı hallanır, amma bu, belə deyək, hələ «çiy söhbətdir». Çünki «kimyaçılar»ın keçmiş futbolçusunun maliyyə şərtlərini qarşılaya biləcək gücü yoxdur.

Mraq üçün qeyd edək ki, İmamverdiyevin «Keşlə»də əməkhaqqısı 8000 manatdır. «Gənclik şəhəri» təmsilçisi bu məbləğin 4000 manatını ödəmək iqtidarındadır.

Keçid ən yaxşı halda belə reallaşa bilər – maaşının yarısını «Sumqayıt» versin, qalanını da məxsus olduğu klub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti