Almaniya klubunun hücumçusu Premyer Liqamıza gəlir

11 Noyabr 2019 14:40 Şamaxı 1 572
Almaniya klubunun hücumçusu Premyer Liqamıza gəlir

“Viktoriya Berlin”in hücumçusu, milli komandamızın sabiq üzvü Pərdis Fərcad-Azad yenidən Azərbaycana qayıda bilər.

Sportinfo.az-a daxil olan məlumata görə, 31 yaşlı hücumçu ölkəmizə dönməkdə maraqlıdır. Forvard Premyer Liqamızda mübarizə aparan klublarla danışıqlara başlayıb. Əgər danışıqlar müsbət nəticələnsə, Pərdisi qışdan sonra yenidən Azərbaycan çempionatında görə biləcəyik.

Qeyd edək ki, hücumçunun mövsümün əvvəlində "Keşlə"yə keçəcəyi gözlənilirdi. Hətta o, komandanın məşqlərində də iştirak etmişdi. Böyük ehtimalla, Pərdis "Keşlə" ilə danışıq aparır.

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!