Bakı klubu 1+1 illik müqavilə təklif etdi – Yeni hücumçusuna

3 May 2021 15:00 Şamaxı 1 511
Bakı klubu 1+1 illik müqavilə təklif etdi – Yeni hücumçusuna

“Keşlə“ Anatolie Abanq ilə danışıqlara başlayıb.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi kamerunlu hücumçuya 1+1 illik yeni müqavilə təklif edib.

Son olaraq Moldovada - “Şerif”də çıxış etmiş afrikalı legioner buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın SJK, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında forma geyinib.

Kamerun millisinin heyətində 6 matç keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var. Ötən ilin dekabrnda “Keşlə“ ilə 1 illik müqavilə bağlamış

Abanq hələ Premyer Liqada qol hesabını aça bilməyib. Bakılılar hər ay 10 min dollar maaş ödədiyi legionerin başqa yerli klubların maaraq dairəsinə düşməsindən ehtiyatlandığından, onunla əməkdaşlığın müddətini uzatmağa can atır.

Ən pis halda, yayda yaxşı qiymətə sata bilmək üçün.

Abanqın qol vurmaq keyfiyyəti olmasa da, yaxşı aktyorluq bacarığı var. “Zirə“ ilə kubokun yarımfinal mərhələsinin cavab qarşılaşmasında da bunu gördük.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"