Mənə kömək edin, istefaya göndərməyin – PAYTAXT KLUBUNDA DİALOQ

22 Yanvar 2021 15:00 Şamaxı 1 558
Mənə kömək edin, istefaya göndərməyin – PAYTAXT KLUBUNDA DİALOQ

Bu gün Azərbaycan Premyer Liqasında bir oyun keçiriləcək.

XIV turun son matçı Bakıdakı “ASK Arena”da baş tutacaq.

“Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Bu görüşlə çempionatın II dövrəsi başa çatacaq.

Son turlarda qələbəyə həsrət olan rəqiblər uğursuz seriyanı qırmaqla dördüncülük üçün mübarizə aparacaq. “Keşlə” 4-cü pilləni ələ keçirmək üçün qalib gəlməlidirsə, sumqayıtlılara bunun üçün uduzmamaq kifayətdir.

Bugünkü görüş Yunis Hüseynovun gələcək müqəddəratının bəlli olmasıı baxmından çox əhəmiyyətlidir. O, kreslosunun laxladığını bilir və başa düşür.

Artıq hiss edib ki, qarşıdakı 2-3 tur uğursuz keçsə, istefa ərizəsini vaxtından əvvəl yazmaq məcburiyyətində qalacaq. Elə bu da Hüseynovu möhkəm narahat edib.

Baş məşqçi rəhərlikdə təmsil olunan şəxslərlə görüşərək, dəstək istəyib, onlarla məsləhətləşmədən komandayla bağlı heç bir qərar verməyəcəyini vəd edib.

Hüseynov kollektivi düşdüyü vəziyyətdən yalnız birgə fəaliyyətin nəticəsindjə çıxarmağın mümkün olduğunu bildirib, mövsümün sonunadək möhlət almaq haqqının olduğunu deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var