Gürcüstanlı “Sportinfo”ya danışdı: “Bilirdim, inanırdım”

28 Mart 16:40 Kəpəz 411
Gürcüstanlı “Sportinfo”ya danışdı: “Bilirdim, inanırdım”

“Ölkəmiz futbol tarixinə yazılan əlamətdar hadisəni qeyd edir.

Təbii ki, mən də sevinən xoşbəxtlərin sırasındayam”.

“Kəpəz”in gürcüstanlı legioneri Mate Kvirkviya Sportinfo.az-a açıqlamasında Gürcüstan millisinin AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanmasını şərh edib.

Pley-off mərhələsinin final qarşılaşmasında Yunanıstanı penalti zərbələrində məğlub edən Villa Sanyolun rəhbərlik etdiyi kollektiv ölkə futbolu tarixində ilki gerçəkləşdirdi.

Mate Gürcüstan millisinin əldə etdiyi uğurun onun üçün gözlənilməz olmadığını deyərək, vaxtilə eyni komandada oynadığı futbolçuların adlarını çəkib:

“Bununla da həyatımızda yeni futbol səhifəsi açıldı. Seçmə mərhələnin əvvəlindən bu komandanın böyük potensiala malik olduğunu bilirdim.

Yunanıstanla matçdan əvvəl final mərhələsinə vəsiqə qazanacaqlarına inanırdım. Onlar əsl qəhrəmanlardır.

Gürcüstanın adını uca tutduqları üçün hər birinə təşəkkür edir, Avropa çempionatında uğurlar arzulayıram.

Millidəki futbolçuların bir neçəsi ilə vaxtilə komanda yoldaşı olmuşam. Solomon Kvirkveliya, Xviça Kvaratsxeliya, Otar Kiteişvili, Levan Şengeliyanın adlarını çəkə bilərəm. Bu gün də onlarla əlaqə saxlayıram”.

Gürcüstan seçməsi bu ilin 14 iyun-14 iyul tarixləri arasında Almaniyada keçiriləcək Avropa çempionatında Portuqaliya, Türkiyə və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"