Həsənov Avstriyada çempion oldu, Zaretska “bürünc”lə kifayətləndi

2 Mart 2020 00:10 Karate 854
Həsənov Avstriyada çempion oldu, Zaretska “bürünc”lə kifayətləndi

Azərbaycan karateçiləri Avstriyada Karate1 Premyer Liqa turnirində iki medal qazanıblar.

Sportinfo.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Rafiz Həsənov (-67 kq) yarışın qalibi, İrina Zaretska (-68 kq) isə bürünc mükafatçı olub.

Yarışın son günü medal görüşlərinə çıxan digər idmançılarımız Ayxan Mamayev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc mükafat şanslarını əldən veriblər.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 3-cü mərhələsində 88 ölkədən 625 karateçi iştirak edib. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandırıb. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən referilər arasında olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi