Fransanın təxribatına tatamidə cavab verən Azərbaycan təmsilçisi – VİDEO+FOTOLAR

2 Avqust 2024 04:30 Paris-2024 1 016
Fransanın təxribatına tatamidə cavab verən Azərbaycan təmsilçisi – VİDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 100 kq çəki dərəcəsində gürcüstanlı İlya Sulamanidzeyə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Bu yarışlarda ölkəmizin aktivinə əlavə olunan ikinci qızıl medaldır. Daha əvvəl bu idman növündə azərbaycanlı cüdoçu Hidayət Heydərov (73 kq) ilk qızıl medalı gətirmişdi.

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olmuşdu.

Belə ki, “Fransa-2” kanalının aparıcıları canlı yayımda Sena çayı boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar etmişdilər:

“Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”.

“Fransa-2” telekanalının bu təxribatından sonra Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət ünvanlayıb.

Ölkəmizi layiqincə təmsil edən idmançılarımız isə bu təxribatlara öz növbəsində yarış tatamisində cavab verirlər.








Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!