İki futbolçu Macarıstana yollanmadı - "Sabah"la matçdan əvvəl son durum

25 İyul 2024 08:50 Hadisə 1 967
İki futbolçu Macarıstana yollanmadı - "Sabah"la matçdan əvvəl son durum

“Makkabi” (Hayfa) "Sabah”la Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun qarşıdakı ilk oyununa itki ilə hazırlaşır.

Sportinfo.az “sport5.co.il” portalına istinadən xəbər verir ki, Macarıstandakı görüşə müdafiəçi Maor Kandil və hücumçu Erik Şuranov yollanmayacaq.

Kandil dizindəki problemə görə oynamayacaq.

Şuranov isə son məşqdə qasıq nahiyyəsindən zədələndiyi üçün “Sabah” önünə çıxmayacaq.

Qolkiper Şarif Keuf və yarımmüdafiəçi Əli Məhəmməd, eləcə də hücumameyilli yarımmüdafiəçi Dia Saba və cinah yarımmüdafiəçisi Dolev Haziz düşərgəyə qayıdıb.

“Makkabi” – “Sabah” matçı iyulun 25-də Kişvardda, “Varkert” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da