"Qarabağ" indi də dünya nəhənglərinin bacarmadığını etdi!

18 Fevral 19:25 Qarabağ 8 088
"Qarabağ" indi də dünya nəhənglərinin bacarmadığını etdi!

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Braqa"nı meydana çıxmağa peşman etdi - 4:2.

Həm də səfərdə, portuqaliyalı azarkeşlərin gözləri önündə.

Ağdamlıların müdhiş zəfəri sıradan qalibiyyət deyildi. "Köhlən atlar" bununla həm də Avropanın adlı-sanlı komandalarının bacarmadığını etdi.

Belə ki, "qırmızı-ağlar" sonuncu dəfə öz meydanında 2016-cı ilin dekabrın 8-də qapısından 4 top buraxmışdı. Avropa Liqasının qrup mərhələsi çərçivəsində Donetsk "Şaxtryor"u ilə baç tutmuş matç da məhz qonaqların 4:2 hesablı qalibiyyəti ilə sonuclanmışdı.

Braqa" o gündən bu yana avrokuboklarda 31 ev oyununa çıxmışdı. Lakin heç bir halda öz qapısında 4 top görməmişdi.

Bir sözlə, "Real Madrid", "Mançester Yunayted", "Arsenal", "Roma", "Napoli" kimi dünya nəhəngləri portəgizləri öz azarkeşlərinin gözləri qarşısında 4 dəfə mərkəzə dəvət edə bilməmişdi.

Komandalar arasındakı cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək. Oyun saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı