“Məndən böyük gözləntilərin olduğunu bilirəm”

1 Oktyabr 2024 00:20 İtaliya 705
“Məndən böyük gözləntilərin olduğunu bilirəm”

“Napoli”nin baş məşqçisi Antonio Konte komandasının A Seriyasında 1-ci pilləyə yüksəlməsindən, eləcə də İtaliya çempionatının 6-cı turu çərçivəsində baş tutan “Monza” ilə matçda (2:0) qələbədən danışıb.

Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı yenidənqurma prosesinə başladıqlarını bildirib:

“Biz xəyalları gerçəkləşdirmək üçün intensiv şəkildə işləməyə çalışırıq. Reallıq deyir ki, biz fantaziya uçuşlarından çox uzağıq.

Məndən böyük gözləntilərin olduğunu bilirəm, amma qoy azarkeşlər arzu etsinlər, ayaqlarımı yerdə saxlamalıyam.

Biz yenidənqurma prosesinə başlamışıq. Qarşıda hələ çoxlu oyunlarımız var.

“Monza”ya qarşı etdiyimiz kimi, hər oyunda tər töküb inkişaf etməliyik.

Birgə işə başlamazdan üç aydan az vaxt keçib. Tam yenidənqurma haqqında ilk danışan klub prezidenti oldu”.

“Napoli” bu qələbədən sonra 13 xal toplayıb. Kontenin komandası İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM