Millinin sabiq forvardı karyerasını bitirdiyini açıqladı

19 Noyabr 2023 16:55 İtaliya 839
Millinin sabiq forvardı karyerasını bitirdiyini açıqladı

İtaliya millisinin sabiq forvardı Fabo Kvalyarella aktiv futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Sportinfo.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, italiyalı verdiyi qərar haqda bunları deyib:

"Karyeramı dayandırmağa məcburam. İndi azad agentəm, amma fiziki vəziyyətim meydançaya qayıtmaq üçün yaxşı durumda deyil. Bundan sonra hansı yolla irəliləyəcyimi anlamaq üçün vaxtım var".

2007-2019-cu illərdə İtaliya millisinin heyətində 28 matça çıxmış forvard 9 qol vurub. O, “Torino”, “Fiorentina”, “Sampdoriya”, “Udineze”, “Napoli”, “Yuventus” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?