"Messini tək qoymalıyıq, karyerasını bitirsə belə, istədiyi qədər bizimlə ola bilər”

11 İyul 2024 01:40 Dünya futbolu 941
"Messini tək qoymalıyıq, karyerasını bitirsə belə, istədiyi qədər bizimlə ola bilər”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin yığmadakı gələcəyindən danışıb.

Sportinfo.az “TyC Sports”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, Messinin üzünə qapını bağlamayacaqlarını bildirib:

“Biz Messini tək qoymalıyıq. Bilir ki, biz öz tərəfimizdən ona qapını bağlamayacağıq.

O, karyerasını bitirsə belə, istədiyi qədər bizimlə ola bilər”.

Messinin ötən ay 37 yaşı tamam olub.

Argentina millisi Kanadanı 2:0 hesabı ilə məğlub edərək, Amerika kubokunun finalına yüksəlib.

Argentinalıların finaldakı rəqibi Uruqvay və Kolumbiya milliləri arasında iyulun 11-i keçiriləcək matçdan sonra bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!