Türk Universiadası keçiriləcək - Qazaxıstanın Türkistan vilayətində

5 Noyabr 2023 13:10 Digər növlər 1 281
Türk Universiadası keçiriləcək - Qazaxıstanın Türkistan vilayətində

Qazaxıstanın Türkistan vilayətində Türk Universiadası keçiriləcək.

Sportinfo.az xəbər verir ki, oyunların proqramında sərbəst və yunan-Roma güləşi də yer alıb.

Noyabrın 7-də Azərbaycanın U-20 millisi böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Abdulrəhman İbrahimov (65 kq), Sabir Cəfərov (70 kq), Cavidan Əhmədov (74 kq), Sahib Dadaşov (79 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov (125 kq) sərbəst güləş üzrə yarışda iştirak edəcək.

Növbəti gün isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında Hüseyn Savadov (55 kq), Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq), Fərid Xəlilov (67 kq), Fizuli Abbasov (72 kq), Davud Məmmədov (77 kq), Səid Axundzadə (82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

Universiadada I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev isə münsiflər heyətində yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!