Messi maska taxmaq üçün saqqalını təraş etdi

23 Mart 15:46 İspaniya 123
Messi maska taxmaq üçün saqqalını təraş etdi

"Barselona"nın ulduzu Leo Messi saqqalını təraş edib.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçunun xanımı Antonella Rokkusso bu barədə sosial şəbəkə hesabında məlumat yerləşdirib.

O, Messinin koronavirusdan qorunmaq məqsədiylə maskanı rahat taxmaq üçün saqqalını təraş etdiyini yazıb: "Messinin saqqalı maska taxmağı çətinləşdirirdi. Bir çox həkim saqqalını kəsmişdi. Messi onlara tək olmadıqlarını hiss etdirmək üçün bu addımı atdı".

İspaniya mətbuatı ötən günlərdə saqqal saxlayan insanların virusa yoluxmaq ehtimallarının daha çox olduğunu yazıb.

Xəbər Lenti