İyulun 27-də gözlənilən hava şəraiti - PROQNOZ

27 İyul 2024 07:00 Gündəm 1 723
İyulun 27-də gözlənilən hava şəraiti - PROQNOZ

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhərdən arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 70-75 % olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var