"Mançester Yunayted"dən Poqbaya yeni müqavilə təklifi

24 Oktyabr 2020 19:16 İngiltərə 321
"Mançester Yunayted"dən Poqbaya yeni müqavilə təklifi

“Mançester Yunayted” futbolçusu Pol Poqbaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” 27 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli razılığa gəlmək niyyətindədir.

“Mançester Yunayted” büdcədə tarazlığı pozmamaq üçün fransalı oyunçuya həddindən artıq yüksək maaş təkif etmək istəmir. Lakin İngiltərə klubu futbolçunun məvacibini müəyyən səviyyədə artırmağa hazırdır.

Poqbanın Premyer Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir. O, klubda həftəlik 297 min avro qazanır.

Poqba “Mançester Yunayted”ə 2016-cı ildə “Yuventus”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti