"Qələbə qaçışı"na qoşul, "YAŞAT" Fonduna ianə et!

20 Oktyabr 2023 02:30 Gündəm 971
"Qələbə qaçışı"na qoşul, "YAŞAT" Fonduna ianə et!

Noyabrın 12-də Gənclər və İdman Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, “Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ödəməlidir.

Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edəcək və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər.

Qaçış çərçivəsində maraqlı tədbirlər də təşkil ediləcək.

18 yaşdan yuxarı hər kəs (https://events.smartscoring.com) linki vasitəsilə qaçışda iştirak üçün 10 noyabr saat 12:00-dək qeydiyyatdan keçə bilər. Qeydiyyat başa çatdıqdan sonra, müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar 1-10 noyabr tarixlərində Gənclik Mall-da şəxsiyyət vəsiqəsi və ödənişi təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.

Ətraflı məlumat üçün və ya qeydiyyat zamanı yarana biləcək hər hansı bir sualla bağlı info@smartscoring.com e-mailinə yaza və ya hər gün saat 09:00-dan 18:00-dək 012-404-13-93 qısa nömrəsinə zəng edə bilərsiniz.

“Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"