Bu klublar koronavirusa görə 100 min funt bağışladı

21 Mart 2020 18:20 İngiltərə 404
Bu klublar koronavirusa görə 100 min funt bağışladı

"Mançester Yunayted" və "Mançester Siti" koronavirus pandemiyasına görə ərzaq banklarına maliyyət yardımı göstəriblər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Mançester Yunayted"in rəsmi saytı məlumat yayıb.

Klubların hər biri sosial cəhətdən həssas qruplara kömək üçün 50 min funt sterlinq (təqribən 55 min avro) ayırıb.

Daha öncə hər iki klubun azarkeşləri eyni təşəbbüslə çıxış ediblər.

İngiltərə Premyer Liqasındakı fasilə koronavirusa görə aprelin 30-dək uzadılıb. Daha əvvəl çempionat oyunlarının aprelin 3-dək təxirə salınması qərara alınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti