COP29

Premyer Liqada etiraz - 10 xalını silməsi qərarına görə

1 Dekabr 2023 22:00 İngiltərə 760
Premyer Liqada etiraz - 10 xalını silməsi qərarına görə

"Everton" bu gün Premyer Liqa Komissiyasının komandanın 10 xalını silməsi qərarına qarşı etiraz edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Everton" məsələ ilə əlaqədar Premyer Liqa Məhkəmə Kollegiyasının sədrinə apellyasiya şikayəti verib. Bundan sonra işə baxmaq üçün apellyasiya şurası təyin olunacaq.

İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u turnir cədvəlində 10 xaldan məhrum edib.

Bu səbəbdən, komanda 14-cü yerdən 19-cu yerə düşüb. Keçirilən 13 oyundan sonra "Everton"un cəmi 4 xalı qalıb.+

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!