Türkiyəli iş adamı Abramoviçə təklif göndərdi - "Çelsi"ni almaq  üçün

5 Mart 2022 10:00 İngiltərə 971
Türkiyəli iş adamı Abramoviçə təklif göndərdi -

Türkiyəli iş adamı Muhsin Bayrak "Çelsi"ni almaq üçün Roman Abramoviçə təklif göndərib.

Sportinfo.az xəbər verir ki, iş adamı İngiltərə mətbuatının yaydığı bu məlumatı təsdiqləyib:

“Roman Abramoviçin vəkilləri ilə şərtləri müzakirə edirik. Biz danışıqlar mərhələsindəyik. Tezliklə Londonda Türkiyə bayrağını dalğalandıracağıq”.

Fevralın 26-da Abramoviç klubun idarəçiliyini “Çelsi” Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti