"Bu komandalarla mübarizə apara bilərik" - "Sabah"ın baş məşqçisi

3 İyul 2025 03:50 Basketbol 914
"Bu komandalarla mübarizə apara bilərik" - "Sabah"ın baş məşqçisi

"Çempionlar Liqasında zəif rəqib yoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, turnirin müntəzəm mövsümündə B qrupunda yer alan rəqiblərдə bağlı fikirlərini bölüşüb:

“Püşkatma ilə bağlı hər hansı illüziyalar qurmurduq, rəqibləri güclü və zəiflərə bölmürdük. B qrupunda yer alan rəqiblərimizə gəlincə, “Alba” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turniri qazanmağa favorit komandalardan biridir".

Litvalı mütəxəssis Çexiya təmsilçisi “Nimburk” haqqında da danışıb:

"Bu komanda daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət kollektivdir. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər. Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Mən Fransa təmsilçisi “Şole”də oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Bizim rəqabətədavamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.

Püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır