ŞOK HADİSƏ! - Malikanəsi ilə birlikdə anasını da satır

20 Noyabr 2020 19:40 Hadisə 747
ŞOK HADİSƏ! - Malikanəsi ilə birlikdə anasını da satır

Sportinfo.az xəbər verir ki, dünyaca məşhur almaniyalı keçmiş tennisçi Boris Bekker 85 yaşlı anası Elvira Bekker ilə birlikdə malikanəsini satışa çıxarıb.

Daşınmaz əmlak üçün 1,97 milyon avro istəyən idmançı lazımsız suallardan qaçmaq üçün satışın mümkün qədər tez olmasını arzulayır.

Bekkerin evinin sahəsi 449 kvadrat metr, ərazisi isə 825 kvadratmetrdir. Müqaviləyə əsasən, yeni alıcı tennisçinin anasını evdən çıxarmaq hüququna malik deyil.

Malikanə keçmiş idmançının üç il əvvəl bəyan etmədiyi daşınmaz əmlak obyektlərindən biri sayılır.

İstintaq hesab edir ki, Bekker müxtəlif bank hesablarına, London və Almaniyada bir neçə daşınmaz əmlaka sahibdir. Əgər bu sübut olunarsa, onu yeddi ilədək həbs gözləyir. İdmançının özü isə günahını inkar edir.

Boris Bekker "Böyük Dəbilqə" turnirlərinin altıqat çempionudur. O, Uimbldonun 17 yaşında çempionu olan ən gənc qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"