Tanınmış azərbaycanlı idmançı azadlığa buraxıldı

25 Aprel 2024 08:20 Hadisə 1 828
Tanınmış azərbaycanlı idmançı azadlığa buraxıldı

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən tələbəsi Vüqar Kərəmov azadlığa buraxılıb.

Sportinfo.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

V.Kərəmov haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən idmançıların həbs müddəti 1 ay uzadılıb.

Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov ictimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilirlər.

Məhkəmənin qərarı ilə R. Əfəndiyev, X. Rüstəmov, V. Kərəmov və R. Əsədov haqda həbs, T. Musayev və M. Məmmədov haqda isə alternativ qətimkan tədbiri seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...