“Qarabağ”a məğlubiyyət “Braqa”nı qarışdırdı - Prezident özündən çıxdı, tapşırıq verdi ki…

17 Fevral 2024 12:40 Hadisə 1 734
“Qarabağ”a məğlubiyyət “Braqa”nı qarışdırdı - Prezident özündən çıxdı, tapşırıq verdi ki…

"Braqa”nın prezidenti Antonio Salvador Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Qarabağ”a 2:4 hesablı məğlubiyyətdən sonra futbolçularla təcili iclas keçirmək üçün paltardəyişmə otağına gedib.

Sportinfo.az xəbər verir ki, funksioner komandanın son dövrlərdəki çıxışından, eləcə də Ağdam klubu ilə matçdakı nəticədən narazı qaldığını bildirib.

O, məşqçilər heyətinə və futbolçulara qısa zamanda vəziyyəti düzəltmək üçün tapşırıq verib.

Hətta "Braqa”nın baş məşqçisi Artur Jorjenin iclasa görə mətbuat konfransına gecikdiyi iddia olunur.

Komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!
25 Aprel 03:20 İslam 11:1-lə finalda!