Prezident Emin Hüseynovu Qarabağda yeni vəzifəyə təyin etdi

8 Mart 2024 08:10 Hadisə 1 066
Prezident Emin Hüseynovu Qarabağda yeni vəzifəyə təyin etdi

Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunub.

Emin Hüseynov sonuncu təyinata qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.

Daha əvvəl - 2021-ci ilin mayından dekabrınadək isə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi təyin edilib və həmçinin həmin ilin dekabrınadək bu vəzifədə işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"