COP29

UEFA-dan gəldilər. sonuncu gündə AFFA-nın baş katibi ilə görüşdülər

24 Fevral 08:40 Hadisə 550
UEFA-dan gəldilər. sonuncu gündə AFFA-nın baş katibi ilə görüşdülər

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “Self Evaluation Workshops” seminarına yekun vurulub.

Sportinfo.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Bakıda səfərdə olan UEFA nümayəndələri Helen Kroft, Ceff Devis və Diana Bulqaru Azərbaycan Eşitməqüsurlular Futbol Federasiyası və Azərbaycan Amputant Futbol Federasiyasının rəhbərliyi ilə görüşüblər.

Görüş zamanı Azərbaycanda fiziki qüsurlu şəxslərin futbol vasitəsilə cəmiyyətə inteqrasiyası, bu istiqamətdə bu günə qədər görülən işlər və digər mövzular barədə müzakirələr aparılıb.

Qonaqlar sonra amputant futbolçular arasında keçirilən yoldaşlıq görüşünü izləyiblər.

Seminarın sonuncu günündə UEFA nümayəndələri AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüblər.

Görüşdə 3 gün davam etmiş seminar haqqında fikir mübadiləsi aparılıb. Sonda Sərxan Hacıyev qonaqlara Azərbaycan milli komandasının formasını təqdim edib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"