Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO

19 Fevral 2024 13:00 Hadisə 2 975
Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO

Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev «futbolun daşını atıb».

Uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinmiş veteran indi sürücü işləyir.

«Sprinter» sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.

O, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli «Xəzər»lə yanaşı, «Qarabağ», «MKT-Araz» və «Bakı»ın formasını geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib.

Son iş yeri «Sumqayıt» olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.

Akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem üzündən sevimli peşəsindən uzaq düşüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!